14:01 04-09-2020
news_image
428
DİGƏR NÖVLƏR

Dördü finişə çatmadı - velosipedçilərimizdən

Şose velosipedi üzrə Azərbaycan yığmasının beynəlxalq yarışlara qayıdışı reallaşıb.

Apasport.az saytının məlumatına görə, idmançılarımız bu gün Türkiyədə təşkil olunan Develi Qran-Prisində qüvvəsini sınayıb.

1.2 kateqoriyalı yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmamız uğursuzluqla üzləşib. Təmsilçilərimizdən yalnız Musa Mikayılzadə 121,5 km məsafəni qət edə bilib. Qalibdən 20 dəqiqə 2 saniyə geri qalan idmançımız 15-ci yeri tutub. 
Samir Cəbrayılov, Şahin Eyvazov, Nəcəf Bağırov və Mahmud Məmmədov yarıyolda qalaraq finişə çatmayıb. Elçin Əsədov isə diskvalifikasiya edilib.

Qeyd edək ki, yarışın qalibi adını ukraynalı Anatoli Budyak qazanıb. O, finişə 3 saat 14 dəqiqə 54 saniyəyə çatıb.