15:16 04-09-2020
news_image
180
FUTBOL

Messi bəyanat hazırladı - qərarı bu gün açıqlanacaq

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi komandasında qalacağını qətiləşdirib.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu bununla bağlı bəyanat hazırlayıb.

Gün ərzində mətbuata yayılması gözlənilən mətndə 33 yaşlı oyunçu daha bir il Kataloniya klubunun formasını geyinəcəyini yazıb. Həmin bəyanat artıq La Liqa rəhbərliyinə də göndərilib. Superulduz 2021-ci ilin yayında azad agent kimi başqa kluba keçməyi planlaşdırır.

Qeyd edək ki, Lionel Messi “Barselona”dan ayrılmaq istəsə də, klubun 700 milyon avroluq təzminat tələbi səbəbindən fikrini dəyişməli olub.