17:29 04-09-2020
news_image
203
FUTBOL

"Yeniliklərə uyğunlaşmağa çalışdıq" - Maksim Medvedev

“Qarabağ"da qrafik sıxdır. Ancaq bu gün milinin düşərgəsindəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev Millətlər Liqasının yeni mövsümü çərçivəsində Lüksemburqla keçiriləcək oyunla bağlı danışarkən deyib.

Qarşılaşma öncəsi mətbuat konfransında iştirak edən müdafiəçi özlərini hazır hiss etdiklərini söyləyib: “Yeni baş məşqçimiz var. Vaxtımız az olduğu üçün gündə iki dəfə məşq keçirdik. Baş məşqçi ən doğrusunu etməyə çalışırdı. Yeniliklərə uyğunlaşmağa çalışdıq. Artıq təcrübəm var, 30 yaşdayam, sıx qrafikdə oynamaqla bağlı problem yoxdur”.

Medvedev futbolçuların məşqlərin ağırlığından narazı olması xəbərini təkzib edib: "Heç kim buna etiraz etməyib. Peşəkar futbolçu deməz ki, sənin məşqin ağırdı. Ola bilsin ki, məşqlərin vaxtı bölünsün. Komandanın oyun problemləri var. Onları aradan qaldırmaq üçün intensiv məşqə ehtiyacımız var idi. Bu söhbətin haradan çıxdığını bilmirik. Futbolçular öz aramızda da müzakirə etmişik. Bu, doğru məlumat deyil".

Kapitan Lüksemburq yığmasını da dəyərləndirib: "Lüksemburq yığması və klubları tam fərqlidir. Onların klublarında oynayan futbolçuların əksəriyyəti daxili çempionatda iştirak edirlər. Amma cəmi 3-4 yerli liqada oynayan oyunçu milliyə çağırılır. Təcrübəli futbolçuları var. Onların yığmasının bəzi videolarına baxmışıq, oyuna hazırıq. Bu o demək deyil ki, biz onlardan zəifik. "Qarabağ" böyük komandalara qarşı oynayır. Millinin də 30 faizi bu klubun oyunçularıdır. Deməyim odur ki, Lüksemburqun futbolçuları Avropa klublarında oynayır. Ancaq bu o demək deyil ki, onlardan çəkinməliyik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq.