16:17 04-09-2020
news_image
206
FUTBOL

Dördüncü duel - Lüksemburqla

Millətlər Liqasının I turunda üz-üzə gələcək Azərbaycan və Lüksemburq yığmaları tarixdə 4-cü dəfə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda görüşəcək rəqiblər indiyədək üç dəfə münasibətlərini ayırd edib.

İlk matç 2010-cu ildə baş tutub. Lüksemburqda təşkil olunan yoldaşlıq oyununda millimiz 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Fərid Quliyevlə Elvin Məmmədov fərqlənib. 

Cəmi iki il sonra yığmamız Lüksemburqa seçmə matçında rəqib olub. DÇ-2012-nin seçmə mərhələsində baş tutan hər iki qarşılaşma heç-heçə başa çatıb. Lüksemburqda qolsuz sülhə imza atan milli evdəki görüşdə hesabı açıb. Amma Ruslan Abışovun qolu qələbə üçün yetərli olmayıb.

Beləliklə, Lüksemburqla qarşılaşmada 1 qələbə və 2 heç-heçəsi olan yığmamız 3 qol vurub, 2 top buraxıb. Seçmə oyunlarında isə tarazlıq hökm sürür: iki heç-heçə, top fərqi – 1:1.  

3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan – 1:2
Ceff Ştrasser, 34 - Fərid Quliyev, 24, Elvin Məmmədov, 37

22 mart 2013. Lüksemburq. DÇSO. Lüksemburq – Azərbaycan – 0:0

7 iyun 2013. Bakı. DÇSO. Azərbaycan – Lüksemburq – 1:1
Ruslan Abışov, 75 - Stefano Bensi, 79

YO – yoldaşlıq oyunu, DÇSO – dünya çempionatının seçmə oyunu.