16:54 04-09-2020
news_image
93
FUTBOL

“Atletiko” müdafiəçi alır – La Liqa klubundan

İspaniyanın “Atletiko” klubu heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Xetafe”nin futbolçusu Matias Oliveranı heyətinə qatmağa yaxındır.

Müdafiəçinin transfer qiyməti 20 milyon avrodur. Lakin “Xetafe” güzəştə getməyə hazırdır. 22 yaşlı oyunçunun qiymətinin 10 milyona enəcəyi gözlənilir.

Qeyd edək ki, Olivera ötən mövsüm La Liqada 24 oyun keçirib.