22:23 04-09-2020
news_image
75
FUTBOL

Baş məşqçisi koronavirusa yoluxdu - "Monako"nun

"Monako" klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Knyazlıq klubu məlumat yayıb.

Bildirilib ki, əsas komandanın iki üzvünün testinin nəticəsi pozitiv çıxıb. Onların səhhəti ilə bağlı ciddi narahatlıq yoxdur. Həmin şəxslər həkim nəzarəti altında karantinə alınıb. Virusa yoluxanların adları açıqlanmasa da, "L'Equipe" nəşri onlardan birinin baş məşqçi Robert Kovaç olduğunu yazıb.

Qeyd edək ki, "Monako" Fransa Liqa1-nin III turu çərçivəsində sentyabrın 13-də "Nant"ı qəbul edəcək.