23:38 04-09-2020
news_image
111
FUTBOL

“Napoli” qapıçısını satdı – 5 milyona

İtaliyanın “Napoli” klubunun futbolçusu Orestis Karnezisin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, qapıçı karyerasına Fransada davam edəcək.

35 yaşlı yunan qolkiper “Lill”ə keçib. Liqa1 təmsilçisi təcrübəli əlcək sahibi üçün 5 milyon avro ödəyib.

Qeyd edək ki, Karnezis 2018-ci ildən “Napoli”nin şərəfini qoruyurdu.