10:19 05-09-2020
news_image
231
FUTBOL

İtaliya yığmasında qeyri-adi hadisə - Kyellini səhvən ehtiyatda qalıb

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasında Bosniya və Herseqovina ilə keçirilən matçda kobud səhvə yol verdiyini etiraf edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bilmədən müdafiəçi Corcio Kyellinini ehtiyatda saxladığını söyləyib.

Mançini bildirib ki, eynəyini taxmadığı üçün Kyellininin adının start heyətində yazılmadığını görməyib: "Heyəti göstərəndə dedilər hər şey yaxşıdır. Eynəyim yanımda olmadığı üçün görmədim. Açerbinin heyətdə olduğunu və Kyellininin kənarda qaldığını bilmədim. Onsuz da, Açerbini bir, Kyellinini isə digər görüşdə meydana buraxacaqdım. Corciodan soruşmuşdum ki, ya Bosniya və Herseqovina, ya da Niderlandla görüşü seçsin. O, bosniyalılarla matçı seçmişdi. Amma indi planımızda dəyişiklik etməli olacağıq. Etiraf edirəm ki, bu, səhv idi".

Qeyd edək ki, İtaliya - Bosniya və Herseqovina görüşü 1:1 hesabı ilə nəticələnib. Apennin təmsilçisi sentyabrın 7-də Niderlandın qonağı olacaq.