
00:44
Millətlər Liqasının I turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları millimizi favorit sayırlar.
Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda yığmamızın qələbəsi 2,30, məğlubiyyəti 3,44 əmsaldır. Matçda heç-heçəyə 3,20 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.