18:52 05-09-2020
news_image
130
FUTBOL

“Zirə”dən qələbə - "Qəbələ" üzərində

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” və “Qəbələ” arasında yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, çempionatın ilk turunda üz-üzə gələn rəqiblər milli komandaların oyunları ilə əlaqədar fasilədə yenidən qarşılaşıb.

Görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etmədiyi oyunun ilk yarısında iki qol vurulub. Hesabı meydan sahibləri açsa da, qəbələlilər tarazlıq yarada bilib. Rəşad Sadıqovun yetirmələri fasilədən sonra daha iki qol vuraraq meydandan qalib ayrılıb.

Qeyd edək ki, avqustun 23-də bu komandalar arasında baş tutan Premyer Liqanın Qəbələdəki matçı 1:1 hesabı ilə başa çatıb.

Yoxlama oyunu
5 sentyabr
17:00. "Zirə" - "Qəbələ" – 3:1
Şəhriyar Rəhimov, 28, Ağabala Ramazanov, 75, Rangel da Silva, 78 – Roman Hüseynov, 39 
Zirə İdman Kompleksi