11:30 05-09-2020
news_image
106
FUTBOL

Millətlər Liqasının oyunu təxirə salındı – koronavirusa görə

Millətlər Liqasının II turunun Çexiya – Şotlandiya oyunu baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna çexiyalı futbolçularda koronavirusun aşkarlanması səbəb olub.

Yığmanın iki üzvünün bu xəstəliyə yoluxması üzündən qarşılaşmanın keçirilməməsi qərara alınıb. Həmin futbolçuların adları açıqlanmır.

Qeyd edək ki, Çexiya – Şotlandiya matçı sentyabrın 7-də keçirilməli idi.