20:04 05-09-2020
news_image
131
FUTBOL

“Sumqayıt”la bacarmadı - “Sabah”

Azərbaycan Premyer Liqası iştirakçıları “Sabah” və “Sumqayıt” bu gün yoxlama görüşündə üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, çempionatın ilk turunda rəqiblərinə məğlub olan komandalar millilərin oyunları ilə əlaqədar yaranmış fasilədə sınaq matçına çıxıb.

Görüş "Bank Respublika Arena"da baş tutub. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etmədiyi qarşılaşma məhsuldar alınıb. İlk yarısında 4 qolun vurulduğu görüşdə sumqayıtlılar qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" "Qarabağ"a (0:2), "Sumqayıt" isə "Keşlə"yə (0:1) məğlub olub. İkincilər Avropa Liqasının I təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) uduzaraq (0:2) mübarizəni dayandırıb.

Yoxlama görüşü
5 sentyabr
18:00. "Sabah" - "Sumqayıt" – 1:3

"Bank Respublika Arena"