12:22 05-09-2020
news_image
91
FUTBOL

10-cu – BOS-da

Azərbaycan millisi tarixində 10-cu dəfə Bakı Olimpiya Stadionuna çıxacaq.

Apasport.az saytının məlumatına görə, bu yubiley Millətlər Liqasının I turuna təsadüf edəcək.

Lüksemburqla bu gün baş tutacaq görüşədək yığmamız 9 dəfə ölkənin ən böyük tutuma malik stadionunda oynayıb. BOS-da 4 qələbəsi olan milli 2 heç-heçə edib və 3 dəfə uduzub.

Bu gün vurulacaq ilk top yığmanın arenadakı oyunlarında 20-ci qol olacaq. İndiyədək millimiz 11 top vurub, 8-ni buraxıb.

Olimpiya stadionundakı 9 qarşılaşmadan üçü Millətlər Liqası, ikisi dünya çempionatının, biri Avropa çempionatının seçmə matçı olub. Üç qarşılaşma isə yoxlama xarakteri daşıyıb.

Qeyd edək ki, yığmamızın BOS-dakı ilk oyunu 2015-ci il oktyabrın 10-da baş tutub. Komandamız AVRO-2016-nın oyununda İtaliyaya 1:3 hesabı ilə uduzub.