13:20 05-09-2020
news_image
170
FUTBOL

Slovakiyalı hakimlərə tapşırıldı - Kipr – Azərbaycan oyunu

Millətlər Liqasının II turunun Kipr – Azərbaycan matçının hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın 8-də baş tutacaq oyunu slovakiyalı ədalət təmsilçiləri idarə edəcək.

Nikosiyadakı qarşılaşmanın baş hakimi Filip Qlova olacaq. Onun briqadasında Peter Bednar, Frantişek Ferens və Boris Marhefka yer alacaq. İsveçrəli Andreas Şluxter hakim-inspektor, yunanıstanlı Mirsini Psarropoulou UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, matç GSP stadionuna baş tutacaq.