20:11 05-09-2020
news_image
160
FUTBOL

“Keşlə”dən darmadağın – “Səbail”lə matçda

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” və “Səbail” arasında yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Bakı klubları “ASK Arena”da qarşılaşıb.

Yunis Hüseynovun yetirmələri rəqibini üç qolla darmadağın edib. İlk yarıda bir qol vuran “Keşlə” fasilədən sonra daha iki dəfə fərqlənib.

Qeyd edək ki, çempionatın ilk turunda “Səbail” “Neftçi”yə 1:2 hesabı ilə uduzubsa, “Keşlə” “Sumqayıt”a bir qolla qalib gəlib.

Yoxlama oyunu
5 sentyabr
18:00. "Keşlə" - "Səbail" – 3:0

Bakı. "ASK Arena" stadionu