14:46 05-09-2020
news_image
202
FUTBOL

“Nyukasl”da yeni müdafiəçi – 13,5 milyonluq

İngiltərənin “Nyukasl” klubu yeni futbolçu alacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiə xəttini Camal Lüislə gücləndirəcək.

Futbolçunun müqavilə ilə məxsus olduğu “Norviç” oyunçunu satmağa razılıq verib. “Nyukasl” 22 yaşlı futbolçu üçün 13,5 milyon funt-sterlinq ödəyəcək. Tərəflərin razılığa gəldiyi transfer yaxın günlərdə gerçəkləşəcək.

Qeyd edək ki, müdafiəçi 2019/20 mövsümündə 33 oyuna 1 qol vurub.