14:49 05-09-2020
news_image
157
FUTBOL

Yunanıstanlı müdafiəçi ilə anlaşdı - "Zirə"

Transfer çalışmalarını davam etdirən "Zirə" daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu müdafiəçi Dimitrios Çantakiasla anlaşıb.

25 yaşlı yunanıstanlı futbolçu qəsəbə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Çantakiasin son klubu Bolqarıstan "Çerno More"si olub. Oyunçu daha əvvəl ölkəsinin "Panetolikos", “Fokiko” və “Kerkira” klublarının şərəfini qoruyub. Çantakias Premyer Liqa klubunda 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Zirə" yay fasiləsində Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın, Şəhriyar Rəhimov, Lazar Corceviç, Hacıağa Hacılı, Kayo Rangel, Mateus Albino və Ayxan Süleymanlını transfer edib.