20:28 05-09-2020
news_image
367
FUTBOL

Millimiz azlıqda qaldı - Emrelidən rəqibə təpik

Millətlər Liqasının qrup mərhələsində ilk oyununu Lüksemburqa qarşı keçirən Azərbaycan yığması meydanda azlıqda qalıb.

Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Mahir Emreli 26-cı dəqiqədə qırmızı vərəqə alıb.

Buna səbəb “Qarabağ”ın forvardının intizamsız hərəkətidir. Meydanın mərkəzində rəqiblə top uğrunda mübarizə zamanı Emreliyə qarşı kobudluq edilib. Baş hakim millimizin lehinə cərimə zərbəsi təyin etsə də, hirsi soyumayan Mahir lüksemburqlu futbolçunu təpiklə vurub. Bu da ingiltərəli baş hakimin onu birbaşa qırmızı vərəqə ilə cəzalandırmasına səbəb olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən Azərbaycan - Lüksemburq görüşündə hesab açılmayıb.