21:24 05-09-2020
news_image
321
FUTBOL

Millimizin “11-liy”i – qapılar səhv düşəndə

Azərbaycan millisi tarixində 11-ci dəfə topu öz qapısına vurub.

Apasport.az saytının məlumatına görə, bu, Millətlər Liqasının I turunun Lüksemburqla oyununda baş verib.

Anton Krivotsyuk milli karyerasında ilk dəfə avtoqol müəllifi olub. O, 48-ci dəqiqədə hesabı bərabərləşdirib.

Milliləşən legionerə qədər yığmamız 10 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır.

Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib

Rəşadın 4, Tərlanla Antonun bir dəfə qapıları səhv saldığı millidə Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Maksim Medvedev və Pavel Paşayev də avtoqola üzülüb.

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2

Tərlan Əhmədov, 32 – hesabı açıb
12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu 
Helsinki. Finlandiya – Azərbaycan – 3:0 

Emin Ağayev, 14 – hesabı açıb
14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan – 3:3

Emin Quliyev, 4 – hesabı açıb 
26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu 
Varşava. Polşa – Azərbaycan – 8:0 

Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib
29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1

Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1

Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib
13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu
Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib
1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu
Oslo. Norveç – Azərbaycan – 2:0

Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib
23 mart 2018-ci il. Yoldaşlıq görüşü
Bakı. YO. Azərbaycan – Belarus – 0:1

Maksim Medvedev, 42 – yeganə qol
6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi
Kardiff. Uels – Azərbaycan – 2:1

Pavel Paşayev, 26 – hesabı açıb
5 sentyabr 2020-ci il. Millətlər Liqası
Bakı. Azərbaycan – Lüksemburq – 1:1 (oyun davam edir)

Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib