21:54 05-09-2020
news_image
202
FUTBOL

Yovetiç Kiprə “2” verdi – millimizin rəqibləri

Millətlər Liqasında I turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı C liqasının I qrupunda hər iki oyun artıq başa çatıb.

Millimizin evdə Lüksemburqa uduzduğu gündə Kipr Monteneqronu qəbul edib. Matçın taleyi ikinci hissədə həll olunub. 

Qrupun digər görüşündəki kimi burada da qonaqlar qalib gəlib. İki qol vuran Stefan Yovetiç dublu sayəsində balkanlılara üç xal qazandırıb.

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək II turda Kipr Azərbaycanı, Lüksemburq Monteneqronu qəbul edəcək.

Millətlər Liqası
C liqası, I tur
5 sentyabr
20:00. Kipr – Monteneqro – 0:2

Yovetiç, 60, 73

1

Monteneqro

1

1

0

0

2-0

3

2

Lüksemburq

1

1

0

0

2-1

3

3

Azərbaycan

1

0

0

1

1-2

0

4

Kipr

1

0

0

1

0-2

0