12:44 06-09-2020
news_image
132
FUTBOL

3 futbolçudan 100 milyon qazanmaq istəyir - "Real"

"Real" rəhbərliyi bir neçə futbolçusunu satmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, La Liqa çempionu bu yay oyunçu satışlarından ümumilikdə 100 milyon avro qazanmağı planlaşdırır.

"Kral klubu", xüsusən də, 3 futbolçu ilə yollarını ayırmağı düşünür. Rəhbərlik hücumçular Qaret Beyl, Mariano Diaz və Borxa Mayoral üçün təklifləri dəyərləndirməyə hazırdır. Madridlilər onların transferindən məhz 100 milyon avroluq gəlir götürməyi fikirləşir.

Qeyd edək ki, Qaret Beyl və Mariano Diaz yerli mətbuata açıqlamasında "Real"da qalmaq istədiyini bildirib.