
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində 7-ci matçda qüvvəsini sınayıb.
2-ci qrupda yer alan komandamız Fransa ilə görüşüb. Hesabında 6 xal olan Milan Obradoviçin baş məşqçisi olduğu yığmamız güclü rəqiblə qarşılaşmada sensasiyaya imza ata bilməyib.
Hər hissədə bir qol vuran qonaqlar turnirdə 5-ci qələbəsini qazanıb. Futbolçularımızın gücü yalnız son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb. İsveçrə ilə qrup qalibi adı uğrunda mübarizə aparan Fransa Sumqayıtdakı 3 xalla liderə çatıb.
Qeyd edək ki, sentyabrın 8-də qrupun daha iki oyunu keçiriləcək. Lixtenşteyn Gürcüstanı, Slovakiya İsveçrəni qəbul edəcək.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
7 sentyabr
21:00. Azərbaycan - Fransa - 1:2
Qollar: Tural Bayramov, 90 - Odsonn Eduard, 25 (p.), Amin Qouri, 83
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”
1 |
İsveçrə |
5 |
5 |
0 |
0 |
15-3 |
15 |
2 |
Fransa |
6 |
5 |
0 |
1 |
18-9 |
15 |
3 |
Gürcüstan |
6 |
2 |
0 |
4 |
12-10 |
6 |
4 |
Slovakiya |
5 |
2 |
0 |
3 |
12-15 |
6 |
5 |
Azərbaycan |
7 |
2 |
0 |
5 |
4-13 |
6 |
6 |
Lixtenşteyn |
5 |
1 |
0 |
4 |
3-14 |
3 |