14:06 06-09-2020
news_image
164
FUTBOL

Kulibalinin maaşı bilindi - "Mançester Siti"də

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali "Mançester Siti"yə keçməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Premyer Liqa təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.

Anlaşmaya əsasən, Seneqal millisinin üzvü "şəhərlilər"lə 5 illik saziş bağlayacaq. 29 yaşlı oyunçunun illik məvacibi 9 milyon avro olacaq. Futbolçu həmçinin 3 milyon avroluq bonus da qazana bilər. Hazırda klublar arasında danışıqların son mərhələsi gedir. Tərəflərin 70 milyon avroda ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Kalidu Kulibalinin "Napoli" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.