14:52 06-09-2020
news_image
466
FUTBOL

"Komandanı pis vəziyyətdə qoydum" - Mahir Emreli üzr istədi

"Bunun baş verdiyinə görə üzr istəyirəm".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Millətlər Liqasında Lüksemburqla keçirilən oyun barədə danışarkən deyib.

Komandamızın 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 25-ci dəqiqəsində qırmızı vərəqə alan "Qarabağ"ın forvardı hərəkətinə görə, üzr istəyib: "Komandanı və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli alındı. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam" (azerisport.com).

Qeyd edək ki, millimiz sentyabrın 8-də Nikosiyada Kiprin qonağı olacaq.