21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, serbiyalı Milan Obradoviçin baş məşqçisi olduğu yığmamız Avropa çempionatının seçmə matçına çıxacaq.
2-ci qrupda yer alan komandamız Fransa ilə görüşəcək. Bu, yığmamızın 2020-ci ildə ilk oyunu olacaq. Koronavirus pandemiyası səbəbindən yığmamız uzun müddət heç bir görüşə çıxmayıb.
Heyətində Avropanın aparıcı klublarının üzvləri olan “üçrənglilər” sentyabrın 4-də Gürcüstanda qələbə qazanıb. Fransalılar qrup qalibi olmaq uğrunda İsveçrə ilə mübarizə aparır. Bu səbəbdən də qonaqlar Sumqayıtdakı matça qələbə iddiası ilə gəlib.
Aktivində 2 qələbə olan Obradioviçin yetirmələri isə 3-cü yer uğrunda mübarizə aparmaq üçün iddialı rəqibini də büdrətməlidir. İsveçrə və Fransa istisna olmaqla digər komandalar turnir cədvəlində sıx qərarlaşıb. Bu, millimizin həm 3-cü, həm də sonuncu olmasının mümkünlüyünə şərait yaradır. Ona görə də yığma üçün hər xal önəmlidir.
Qeyd edək ki, sentyabrın 8-də qrupun daha iki oyunu keçiriləcək. Lixtenşteyn Gürcüstanı, Slovakiya İsveçrəni qəbul edəcək.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
7 sentyabr
21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”
1 |
İsveçrə |
5 |
5 |
0 |
0 |
15-3 |
15 |
2 |
Fransa |
5 |
4 |
0 |
1 |
16-8 |
12 |
3 |
Gürcüstan |
6 |
2 |
0 |
4 |
12-10 |
6 |
4 |
Slovakiya |
5 |
2 |
0 |
3 |
12-15 |
6 |
5 |
Azərbaycan |
6 |
2 |
0 |
4 |
3-11 |
6 |
6 |
Lixtenşteyn |
5 |
1 |
0 |
4 |
3-14 |
3 |