23:08 06-09-2020
news_image
148
FUTBOL

Çexiya millisinə 22 debütant çağırıldı - koronavirusa görə

Çexiya yığması Millətlər Liqasında Şotlandiya ilə keçiriləcək oyun üçün heyətini tamamilə dəyişdirib.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın iki futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır.

Bu üzdən UEFA Çexiya - Şotlandiya görüşünü əvvəlcə təxirə salıb, ardından fikrini dəyişərək keçirilməsinə qərar verib. Ancaq çexlər heyəti tamamilə dəyişməli olublar. Məşqçilər korpusu yığmaya yeni 24 oyunçu dəvət edib ki, onlardan 22-si debütantdır. Yalnız 36 yaşlı müdafiəçi Roman Qubnik və 30 yaşlı hücumçu Stanislav Teçl əvvəllər millidə çıxış edib. 17 yaşlı Adam Karabek isə meydana çıxarsa, Çexiya yığması tarixinin ən gənc debütantı ünvanına yiyələnəcək.

Yığmaya ilk dəvət edilən futbolçuların hamısı isə təhlükəsizlik səbəbindən heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Millətlər Liqasının II turu çərçivəsində sentyabrın 7-də keçiriləcək Çexiya - Şotlandiya oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.