09:00 07-09-2020
news_image
101
FUTBOL

Azərbaycanla oyunu buraxacaq – “Lion”un futbolçusu

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin heyətində daha bir itki baş verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Ceff Rene-Adelayde yığmamızla görüşü buraxmalı olacaq.

Buna səbəb sentyabrın 4-də Gürcüstanla keçirilən qarşılaşmada “Lion”un orta sahə oyunçusunun zədələnməsidir. Fransanın 2:0 hesabı ilə qalib gəldiyi oyunun 26-cı dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alan və əvəzlənən Rene-Adelayde Azərbaycana yollanan heyətdə yer alsa da, meydana çıxmayacaq. Ona qədər fransızlarda digər yarımmüdafiəçi İmran Louza səhhətindəki problemə görə heyətdən çıxarılmışdı.

Qeyd edək ki, bu gün Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Fransa görüşü saat 21:00-da start götürəcək.