10:02 07-09-2020
news_image
93
FUTBOL

Fransa önündə şanssız - millimiz

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 2-ci qrupda baş tutacaq Azərbaycan – Fransa matçının əmsalları açıqlanıb. 

Bukmeker kontorları millimizi şanssız sayırlar. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq matçda yığmamızın qələbəsi 19,00, məğlubiyyəti 1,11 əmsaldır. Matçda heç-heçəyə 8,50 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.