10:40 07-09-2020
news_image
232
FUTBOL

2 transfer birdən – “Qalatasaray”dan

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu yeni transferlər həyata keçirib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi 2 futbolçunu heyətinə cəlb edib.

Bunlar TFF I liqada mübarizə aparan “Altınordu”nun gənc oyunçuları Sarper Çağlar və Efe Mustafa Çətindir. 17 yaşlı futbolçuları transfer edən “sarı-qırmızılılar” əvəzində yarımmüdafiəçi Birhan Vatanseveri “Altınordu”nun nəzdində fəaliyyət göstərən “Niğde Anadolu” komandasına verib.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.