12:36 07-09-2020
news_image
116
FUTBOL

Qol həsrətində - yığmamızın sabahı

Millətlər Liqasının C liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri səfərdə Kiprlə görüşəcək.

Bu, Azərbaycan millisinin tarixinə sentyabrın 8-də keçirilən 3-cü qarşılaşma kimi düşəcək. Yığmamız indiyədək iki dəfə həmin gündə meydana çıxıb.

Təəssüf ki, komandamız bu gündə uğur qazana bilmir. Sentyabrın 8-dəki hər iki matçda uduzan yığmamız qola da həsrət qalıb.

İlk belə matç 21 il öncəyə təsadüf edib. AVRO-2000-nin seçmə görüşündə Macarıstana səfər edən milli 3 cavabsız qol buraxıb.

2004-cü ildə isə komandamız DÇ-2006-nın seçmə oyunu üçün Avstriyaya yollanıb. Bu görüşdə də meydan sahibləri quru hesabla qalib gəlib. Millimiz bu dəfə iki cavabsız qol buraxıb.

Qeyd edək ki, Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.