15:06 07-09-2020
news_image
292
FUTBOL

“Neftçi” ilə oyunöncəsi nigeriyalı ilə anlaşdı – “Qalatasaray”

"Neftçi” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyə təmsilçisi “Qalatasaray” daha bir futbolçunu transfer edib.

Apasport.az saytının məlumatına görə, Super Liqa komandası İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Peter Etobonu heyətinə qatıb.

Nigeriya millisinin orta sahə oyunçusu “cim-bom”da icarə əsasında çıxış edəcək. “Sarı-qırmızılılar” 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malik olacaq. “Qalatasaray” tezliklə bu keçidi rəsmən bəyan etməyə hazırlaşır.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.