15:23 07-09-2020
news_image
233
FUTBOL

24 ildən sonra – yenidən Kiprlə

Millətlər Liqasının II turunda Kiprlə qarşılaşacaq Azərbaycan millisi tarixində ikinci dəfə bu rəqiblə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, ada təmsilçisi yığmamızın müsbət saldoya malik olduğu azsaylı komandalardan biridir.

Millimiz Kiprlə yeganə qarşılaşmada qələbə qazanıb. Bu, uzaq 1996-cı ildə baş verib.

Kiprdə təlim-məşq toplanışında olan yığma yerli U-21 millisi ilə yoldaşlıq görüşü keçirib. İki federasiya arasında razılığa əsasən, bu qarşılaşma əsas yığmaların oyunu kimi nəzərə alınıb.

24 il əvvəlki görüşdə millimiz iki cavabsız qolla qələbə qazanıb. Hər hissədə bir qol vuran Vladislav Qədirov dubla imza atıb. Bu gün millidə baş məşqçi Canni de Byazinin köməkçilərindən olan Arif Əsədov da həmin qarşılaşmada futbolçu kimi iştirak edib.

Yoxlama oyunu
20 fevral 1996
Kipr – Azərbaycan – 0:2

Qollar: Vladislav Qədirov, 19, 73
Nikosiya