00:32 09-09-2020
news_image
533
FUTBOL

Bir qol yetər – ilk qələbəyə

Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunda yer alan millimiz II tur çərçivəsində Kiprlə qarşılaşıb.

Turnirə Lüksemburqla ev oyunundakı 1:2 hesablı məğlubiyyətlə başlayan Canni de Byazinin yetirmələri ilk səfər matçına çıxıb. Qarşılaşmanın start fiti ilə üstünlüyü ələ alan millimiz ilk yarıda hesabı açıb.

Komandamızın kapitanı Maksim Medvedev meydan sahiblərini məyus edib. Matçın taleyini həll edən bu top müdafiəçinin yığmada 4-cü qolu olub. Bununla da yığmamız həm turnirdə, həm 2020-ci ildə, həm də de Byazinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
 
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.
 

Millətlər Liqası
II tur, 8 sentyabr
C liqası, I qrup
22:45. Kipr – Azərbaycan - 0:1
Qol:
Maksim Medvedev, 29

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Kipr: 12. Çaralambos Kiriakides, 2. Andreas Karo, 5. Valentinos Sielis, 6. Çaris Kiriaku, 9. Dimitris Kristofi, 10. Pieros Sotirou, 13. Yannis Kusulos, 19. Konstantinos Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. Yannis Pittas
Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Kristos Veeler, 7. Giorqos Efrem, 8. Çaralampos Kiriaku, 11. Andreas Avraam, 14. Kipros Kristoforu, 15. Marios Elia, 16. Matiya Spolyariç, 18. Aleksander Qoqiç, 17. Laizos Laizu
Baş məşqçi: Yohan Valem
Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev, 16. Elvin Camalov, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev
Baş məşqçi: Canni de Byazi
Nikosiya. GSP stadionu

1

Monteneqro

2

2

0

0

3-0

6

2

Lüksemburq

2

1

0

1

2-2

3

3

Azərbaycan

2

1

0

1

2-2

3

4

Kipr

2

0

0

2

0-3

0