17:30 07-09-2020
news_image
235
FUTBOL

40-cı oyuna çıxacaq – millimizdə

Azərbaycan millisi sabah Kiprlə keçiriləcək oyuna 25 futbolçu ilə yollanıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının II turunun səfər matçına aparılan oyunçulardan 18-i əvvəllər də komandanın formasını geyinib.

Onlar arasında rekordçu Maksim Medvedevdir. Kapitanın aktivində 61 qarşılaşma var.

Kiprdəki matç Araz Abdullayev üçün yubiley xarakteri daşıya bilər. Klubsuz yarımmüdafiəçi sabah meydana çıxsa, milli formasında 40-cı oyununu keçirəcək.

Qeyd edək ki, komandanın 7 üzvü üçün səfər görüşü debütlə əlamətdar ola bilər. Yığmada rəsmi matça çıxmayan bu futbolçular Canni de Byazidən şans gözləyir.

futbolçu

oyun

qol

Maksim Medvedev

61

3

Qara Qarayev

58

0

Bədavi Hüseynov

50

0

Araz Abdullayev

39

3

Ramil Şeydayev

27

5

Təmkin Xəlilzadə

18

3

Namiq Ələsgərov

17

0

Emin Mahmudov

14

1

Anton Krivotsyuk

8

0

Coşqun Diniyev

8

0

Bəhlul Mustafazadə

7

0

Rəhman Hacıyev

7

0

Renat Dadaşov

7

0

Emil Balayev

6

-10

Abbas Hüseynov

3

0

Adil Nağıyev

2

0

Elvin Camalov

2

0

Ömər Buludov

1

0

Amin Seydiyev

0

0

Elvin Bədəlov

0

0

İsmayıl İbrahimli

0

0

Mehdi Cənnətov

0

0

Rəhim Sadıxov

0

0

Şahrudin Məhəmmədliyev

0

0

Şəhriyar Əliyev

0

0