16:48 07-09-2020
news_image
130
FUTBOL

Premyer Liqa klubuna keçdi – yığmanın hücumçusu

“Nyukasl” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, “sağsağanlar” Premyer Liqanı ötən mövsüm tərk edən “Bornmut”un hücumçusu Kallum Uilsonu transfer edib.

28 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu keçid “Nyukasl” rəhbərliyinə 20 milyon avroya başa gəlib. İngiltərə millisinin üzvü yenidən Premyer Liqada çıxış edəcəyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyib.

Qeyd edək ki, Kallum Uilson “Bornmut”a 2014-cü ildə “Koventri”dən keçib.