19:34 07-09-2020
news_image
133
FUTBOL

"Çalışacağıq neqativ durumu xeyrimizə dəyişək" - Qara Qarayev

"Lüksemburqla oyundan sonra diqqətimiz bu oyunadır".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Qara Qarayev Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kiprlə keçiriləcək II tur matçını dəyərləndirərkən deyib.

C liqasının 1-ci qrupundakı ilk oyununda Lüksemburqa yenilən (1:2) komandamız sabah Nikosiyada Kiprin qonağı olacaq.

Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransına qatılan yarımmüdafiəçi hədəfin qələbə olduğunu söyləyib: "Qırmızı vərəqədən başqa heyətdə hər hansı bir itki yoxdur. Əlimizdən gələni edəcəyik ki, neqativ olan durumu xeyrimizə dəyişək, doğma azarkeşlərimizə qovuşaq, onların etimadını qazanaq. Biz azarkeşlərimiz üçün oynayırıq. Ümid edirik ki, sabah onları sevindirəcəyik".

Qarayev Kipr yığmasının heyətinin yenilənməsinə də toxunub: "Bura artıq 3 və ya 4-cü səfərimdir. Kipr yığması barədə yetərincə məlumatımız var. Baş məşqçimiz bizə lazım olan bütün məlumatları verib. O, rəqibin yenilənmiş komandasını hərtərəfli təhlil edib".