21:56 07-09-2020
news_image
433
FUTBOL

Ronaldodan evlilik təklifi – öncə nişan, sonra toy

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə evlilik təklif edib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Corcina hücumçunun bu təklifini razılıqla cavablandırıb.

Portuqaliyalı bu addımı sevgilisinin təşkil etdiyi şənlik zamanı atıb. Tədbirdə cütlüyün ailə üzvləri olmasa da, yaxın dostları da iştirak edib. Ronaldo və Rodriges hələlik toyun tarixini dəqiqləşdirməyib. Ehtimal edilir ki, bu tədbir tezliklə olmayacaq. Çünki cütlük öncə nişan mərasimi təşkil etməyi planlaşdırır. Futbolçuya yaxın mənbənin iddiasına əsasən Kriştiano karyerasını başa vurmaq barədə də düşünür.

Qeyd edək ki, 35 yaşlı Ronaldo 4 uşaq atasıdır. Corcina onun qızı Alana Martinanın anasıdır.