22:31 07-09-2020
news_image
99
FUTBOL

"Barselona"ya qoşuldu - Messi

"Barselona"nın kapitanı Lionel Messi komandanın yeni mövsüm üçün hazırlığına qoşulub.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz bu gün ilk dəfə yeni baş məşqçi Ronald Kumanın rəhbərliyi altında məşqə çıxıb.

Klubun bazasına hamıdan bir saat əvvəl gələn 33 yaşlı futbolçu axşam iclasından sonra məşqdə iştirak edib.

Qeyd edək ki, Lionel Messi yay fasiləsində "Barselona"dan ayrılmaq istəsə də, rəhbərliyin 700 milyon avroluq təzminat tələbinə görə fikrini dəyişib.