22:56 07-09-2020
news_image
184
FUTBOL

Yığmamız belə uduzdu - STATİSTİKA

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Fransa oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Sumqayıtda baş tutan görüş qonaqların üstünlüyü ilə keçib.

Millimiz qrupun liderinə müqavimət göstərə bilməyib. Fransalılar bütün komponentlərdə üstünlüyə malik olub. Futbolçularımız isə yalnız qayda pozuntuları və vərəqələrlə “fərqlənib”.

Azərbaycan – Fransa
Qollar – 1:2
Zərbələr – 4:9
Çərçivəyə zərbələr – 2:5
Çərçivədən kənar zərbələr – 0:1
Blok edilən zərbələr – 2:3
Künc zərbələri – 1:9
Oyundan kənar vəziyyət – 2:3
Sarı vərəqə - 1:0
Qırmızı vərəqə - 0:0
Qayda pozuntuları – 14:11