
11:36
İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına yeni yoluxma faktları aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, turnirin rəsmi saytı 3 nəfərin testinin pozitiv nəticələndiyini açıqlayıb.
31 avqust - 6 sentyabr aralığında klubların işçiləri də daxil olmaqla ümumilikdə 1605 nəfərdən test götürülüb və onlardan yalnız 3 nəfərdə yoluxma üzə çıxıb. Adları açıqlanmayan həmin şəxslər 10 günlük karantinə alınıblar.
Qeyd edək ki, ötən ay da Premyer Liqa klublarında bir neçə yoluxma halı yaşanmışdı.