09:23 08-09-2020
news_image
118
FUTBOL

Potensial rəqibində koronavirus – “Qarabağ”ın

Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Zaqreb “Dinamo”sunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

ÇL-in III təsnifat mərhələsində həmin ölkənin “Ferensvaroş” klubu ilə qarşılaşacaq Xorvatiya təmsilçisinin bir futbolçusunun testinin pozitiv çıxdığı bildirilib. Həmin oyunçunun adı gizli saxlanılır. Komandanın məşqçi və futbolçu heyətinin karantinə alınmasına ehtiyac duyulmayıb.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Norveç təmsilçisi “Molde”ni məğlub edərsə, pley-offda “Ferensvaroş” – “Dinamo” cütlüyünün qalibi ilə qarşılaşacaq.