10:32 08-09-2020
news_image
133
FUTBOL

AFFA-nın şərəfinə ziyafət – Kiprdə

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün Kiprin qonağı olacaq.

Apasport.az saytının məlumatına görə, dünən Kipr Futbol Assosiasiyasının rəsmiləri səfərdə olan AFFA nümayəndələri ilə bir araya gəlib.

Azərbaycan nümayəndələrinin şərəfinə təşkil təşkil olunan ziyafətdə Kipr Futbol Assosiasiyasının prezidenti Giorqos Kumas AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova xatirə hədiyyəsi təqdim edib. Məmmədov da həmçinin qarşı tərəfə Azərbaycan xalçası hədiyyə edib.

Qeyd edək ki, Nikosiyada keçiriləcək Kipr – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 22:45-də başlayacaq.