12:14 08-09-2020
news_image
167
FUTBOL

Portuqaliyadan futbolçu gətirdi - "Sumqayıt"

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmasilçisi Hüseyn Cəfərovu heyətinə qatıb. 

Ötən mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, “Sumqayıt”da “15” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Tellur Mütəllimov, Elvin Məmmədov, Kərəm Sultanov, Eltun Turabov, Əli Qurbani və Adəm Həmatini heyətinə qatıb.