12:33 08-09-2020
news_image
219
FUTBOL

Millimiz üçün heyətdə dəyişikliklər etdi – Kipr yığması

Millətlər Liqasının II turunda Azərbaycan yığması ilə qarşılaşacaq Kiprin “23-lüy”ü müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmanın protokoluna daxil olunacaq futbolçular siyahısında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Kiprlilər ötən turun Monteneqro ilə matçı ilə müqayisədə “23-lük”də bir sıra dəyişikliklər edib. Həmin qarşılaşmada heyətə 23 deyil, cəmi 21 futbolçu daxil edən Yohan Valem bu dəfə say çatışmazlığını aradan qaldırıb.

Bu məqsədlə 4 yeni ad - Nikolas Yannu, Valentinos Sielis, Giorqos Efrem və Aleksander Qoqiç “23-lüy”ə salınıb. Əvəzində Minas Antoniu və Cannis Satsias heyətdən çıxarılıb.

Qapıçılar
1. Tasos Kissas
12. Çaralambos Kiriakides
22. Neofitos Mixael
Müdafiəçilər
2. Andreas Karo
3. Kristos Veeler
4. Nikolas Yannu
5. Valentinos Sielis
6. Çaris Kiriaku
13. Yannis Kusulos
14. Kipros Kristoforu
19. Konstantinos Laifis
Yarımmüdafiəçilər
7. Giorqos Efrem
8. Çaralampos Kiriaku
11. Andreas Avraam
16. Matiya Spolyariç
18. Aleksander Qoqiç
20. Qriqoris Kastanos
21. Marinos Tzioni
Hücumçular
9. Dimitris Kristofi
10. Pieros Sotirou
15. Marios Elia
17. Laizos Laizu
23. Yannis Pittas