13:33 08-09-2020
news_image
2705
FUTBOL

Norveç hökuməti “Molde”nin müraciətini cavabsız qoydu – Bakı səfəri üçün

Norveç hökuməti “Molde” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı oyun üçün istisna xahişini cavabsız qoyub.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin mədəniyyət naziri Abid Raca deyib.

O, yerli mətbuata açıqlamasında “Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib. Yəni görüş ölkəmizdə baş tutarsa, Norveç çempionu vətəninə döndükdən sonra koronavirus pandemiyası ilə əlaqədar 10 günlük karantinə alınmalıdır: “Təəssüf ki, “Molde”nin “Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, mən Norveç Futbol Federasiyasını və “Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə “Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib.