14:26 08-09-2020
news_image
92
FUTBOL

36 yaşlı futbolçudan yeni müqavilə - “İnter”də

İtaliyanın “İnter” klubunun qapıçısı Samir Handanoviç komandadakı çıxışını davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı qolkiper Milan şəhərinin təmsilçisi ilə yeni müqaviləyə qol çəkib.

Sloveniya millisinin üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, “neradzurra” ilə 2021-ci ilin yayına qədər olan sözləşmə müddətini daha 1 il uzadıb. O, karyerasını məhz hazırkı komandasında bitirməyi planlaşdırır.

Qeyd edək ki, “İnter”ə 2012-ci ildə “Udineze”dən keçib.