15:11 08-09-2020
news_image
89
FUTBOL

Qapıçısını transferə çıxardı – “Mançester Yunayted”

“Mançester Yunayted” klubu qapıçısı Serxio Romero ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi 33 yaşlı qolkiperi transferə çıxarıb.

Məşqçilər korpusunun yeni mövsüm üçün planlarına daxil olmayan Argentina millisinin üzvü ilə bağlı rəhbərlik təklifləri dəyərləndirməyə hazırdır. “Mançester Yunayted” Romeronun boşluğunu icarədən qayıdan Din Hendersonla doldurub.

Qeyd edək ki, Serxio Romero 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir.