17:57 08-09-2020
news_image
145
FUTBOL

Koronavirus qorxusu – “Neftçi”nin rəqibində

Türkiyənin TFF I liqa klubu “Umraniyespor”da 2 məşqçi və 7 futbolçu olmaqla ümumilikdə 14 nəfərin koronavirusa yoluxması Super Liqa təmsilçisi “Qalatasaray”da narahatlığa yol açıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb “cim-bom”un avqustun 31-də yoxlama görüşü çərçivəsində “Umraniyespor”la qarşılaşmasıdır.

Bu üzdən İstanbul nəhəngi növbəti koronavirus testi zamanı virusa yoluxma faktının aşkarlanması təhlükəsi ilə üz-üzədir. Bu hal baş verərsə, “Qalatasaray”ın Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində sentyabrın 12-də “Qaziantep”lə matçı təxirə salına bilər.

Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan klubu “Neftçi” ilə qarşılaşacaq. Bu komandaların dueli sentyabrın 17-də “Bakcell Arena”da olacaq.