21:34 08-09-2020
news_image
130
FUTBOL

Kiprin heyətindən çıxarıldı - Azərbaycanla oyunöncəsi

Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Kiprin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın startına bir neçə saat qalmış sol cinah müdafiəçisi Nikolas Yannu 23 nəfərlik iştirak ərizəsindən çıxarılıb.

Kipr mətbuatı buna səbəb kimi, 25 yaşlı oyunçunun şəxsi problemlərini göstərib. Bildirilib ki, "Mançester Yunayted"in yetirməsi olan və 2014-cü ildən APOEL-in formasını geyinən Yannu məşqçilər korpusundan şəxsi işləri ilə əlaqədar icazə istəyib. Bu üzdən baş məşqçi Yohan Valemin ixtiyarında millimizlə bugünkü görüşdə 22 futbolçu olacaq.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.