21:38 08-09-2020
news_image
180
FUTBOL

3-cü əcnəbi transferi - "Qəbələ"dən

Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.

26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Koprivinitsa”da başlayan mərkəz müdafiəçisi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində Yurgen Qoxa və Stefan Vukçeviçi heyətinə qatıb. Medimoreç bölgə təmsilçisinin 3-cü əcnəbi transferi olub.